Qarabağın klerikal-feodal elitası Azərbaycana milyardlarla dəyərində hərbi texnika və sursat olan arsenal verdi.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Nəticədə bu insanlar cəmi iki saat ərzində təslim oldu (2023-cü ilin sentyabr döyüşləri nəzərdə tutulur - red.). Nəinki iki saat ərzində təslim oldular, həm də Azərbaycana milyardlarla dollarlıq silahı işlək vəziyyətdə, döyüş sursatı ilə birlikdə təhvil verdilər”, - o bildirib.
Paşinyan təslim olmaq və silahların təhvil verilməsi qərarını kimin verdiyini dəqiqləşdirməyib.
Mənbə: axar.az