Makron səs almaq üçün xalqı qorxutdu: Onlar hakimiyyətə gəlsə...

Makron səs almaq üçün xalqı qorxutdu: Onlar hakimiyyətə gəlsə...

Fransa prezidenti Emmanuel Makron ifrat sağçı Milli Birlik Partiyasının Avropa Parlamenti seçkilərindən sonra fransalı seçiciləri mərkəz partiyalarına səs verməyə çağırıb.

Makron ötən axşam paytaxt Parisdə çıxış edib. O, Marine Le Penin Milli Mitinq Partiyasının hakimiyyətə gələcəyi təqdirdə, ölkədə iqtisadi xaos, qanunsuzluq olacağını bildirib.

Prezident ölkənin bütün seqmentlərindən olan siyasi partiyaları seçkilərdən əvvəl və ya sonra bir araya gələrək ortaq bir fikir formalaşdırmağa çağırıb.

Qeyd edək ki, Fransada Avropa Parlamenti seçkilərindən sonra Makronun erkən seçki qərarı ilə parlamenti buraxması ölkədə fərqli hadisələrə səbəb olub. Mühafizəkar Respublikaçılar Partiyasının sədri Erik Çiotti iyunun 30-da keçiriləcək seçkilər üçün ifrat sağçı Marin Le Penin partiyası ilə ittifaq yaratmalı olduqlarını bildirəndə partiyada xaos yaranıb. Ciotti deyib ki, respublikaçılar təkbaşına çox zəif olduqları üçün belə bir addım atmalı olublar.

Roza Şəfiyeva

Mənbə: publika.az