NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.
Bu barədə NATO-nun mətbuat xidmətinin məlumatında deyilir.
İyunun 17-də o, Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Stoltenberq dövlət katibi Entoni Blinkenlə də bir araya gələcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.
Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.
Hələlik səfərin əsas məqsədi açıqlanmır.
Mənbə: axar.az