Ukrayna üçün ildə 40 milyard dollarlıq hərbi yardım paketi haqqında danışmaq hələ tezdir.
Bu barədə İtaliya müdafiə naziri Quido Krozetto deyib.
“Onlar sadəcə yoxdur, İtaliya bu öhdəliyə qarşı çıxdı. Bu, ildə əlavə 3,5 milyard xərcləmək deməkdir və onu ÜDM-in 2%-nə çatdırmaq bizim üçün onsuz da çətindir. Bu həddə çatanda biz yeni investisiyalar haqqında danışacağıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, NATO ölkələri Ukraynaya ildə 40 milyard dollarlıq hərbi yardım paketi barədə razılığa gəliblər.
Mənbə: axar.az