İtaliyada keçirilən Böyük Yeddilik (G7) sammitində iştirak edən dünya liderləri İranı ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürməməyə çağırıblar.
Bu barədə iclasın yekun bəyanatında bildirilib.
Sənəddə deyilir: "İran Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmalıdır, Tehran ballistik raketləri və əlaqəli texnologiyaları ötürməkdən çəkinməlidir".
G7 liderləri, həmçinin İranı "Yaxın Şərqdə sabitliyi daha çox pozduğu təqdirdə" sanksiyalarla hədələyiblər.
Mənbə: TASS
Mənbə: oxu.az