Tramp süni intellekt barədə danişdı: "Bu qorxuncdur"

Tramp süni intellekt barədə danişdı: "Bu qorxuncdur"

"Süni intellektin sürətli inkişaf tempi insanı qorxudur".

Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Impaulsive" "YouTube" kanalına verdiyi müsahibəsində etiraf edib.

Onun sözlərinə görə, texnologiya çıxış nitqlərini onun işçilərindən daha sürətli və daha yaxşı yaza bilir.

"Mən heç vaxt belə bir şey görməmişəm. Hər şey çox tez, sözün əsl mənasında bir neçə dəqiqə ərzində hazır idi. Bu qorxuncdur", - o bildirib.

Tramp xatırladıb ki, süni intellekt sahəsində dahi insanlardan biri ona eksperiment keçirməyi təklif edib. Neyroşəbəkəyə tədbir üçün çıxış nitqi tərtib etmək tapşırılıb və bir neçə dəqiqədən sonra hər şey hazır olub, bu zaman eks-prezidentin dostu isə cəmi bir neçə dəfə klikləyib.

Mənbə: oxu.az