Fransada etirazlar davam edir: Polislər səfərbər edildilər

Fransada etirazlar davam edir: Polislər səfərbər edildilər

Fransanın 150 kommunasında "Yeni Xalq Cəbhəsi Uğrunda" şüarı ilə solçu partiyalar alyansının yürüşləri keçirilib.

Qeyd olunub ki, nümayişlər xüsusən Paris, Nante, Renne, Monpelye, Nitsa, Dijon, Strasburq və Bordo şəhərlərində təşkil olunub. Yürüşlər cümə axşamı yaradılan "Yeni Xalq Cəbhəsi"nin ilk böyük aksiyası olub. Onun tərkibinə sosialistlər, kommunistlər və "İtaətsiz Fransa" partiyası daxildir.

Təhlükəsizliyi təmin etmək üçün Respublika Daxili İşlər Nazirliyi ölkə üzrə 21 min polis əməkdaşını səfərbər edib.

Yürüşlər başlamazdan əvvəl telekanalda solçu partiyaların liderləri çıxış ediblər. Ekoloqların rəhbəri Marin Tondelye qeyd edib ki, solçular "Yeni Xalq Cəbhəsi"ni populyar etməlidirlər. Öz növbəsində, Sosialist Partiyasının lideri Olivye For bildirib ki, solçuların vəzifəsi qüvvələrini bir yerə toplamaqdır.

"Əlbəttə, aramızda fikir ayrılıqları var, amma biz bilirik ki, indi əsas şey birləşməkdir", - deyə o vurğulayıb.

Mənbə: oxu.az