“Taliban” BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcək

“Taliban” BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcək

“Taliban” hərəkatının nümayəndələri iyunun 30-dan iyulun 1-dək Dohada keçiriləcək BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcəklər.

Bu barədə “TOLO News” telekanalına hərəkatın nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, “Taliban” iclasın gündəliyini nəzərdən keçirdikdən sonra konfransda iştirak etmək qərarına gəlib.

Qeyd edək ki, fevral ayında BMT-nin himayəsi altında Dohada keçirilən sonuncu konfransda 25 ölkənin nümayəndələri Əfqanıstanla qarşılıqlı fəaliyyət üçün yol xəritəsini müzakirə ediblər.

Mənbə: musavat.com