Qriqoryan Kuleba ilə də görüşdü

Qriqoryan Kuleba ilə də görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında deyilir.

Görüşdə tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Bundan əvvəl A.Qriqoryan Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Mənbə: axar.az