Zelenskidən anons: Bu bölgə azad olunur!

Zelenskidən anons: Bu bölgə azad olunur!

Qlobal sülh sammiti Zaporojye Atom Elektrik Stansiyasının işğaldan azad edilməsini yaxınlaşdırdı.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski sözügedən sammitin yekun mətbuat konfransının sonunda jurnalistlərlə söhbətində deyib.

"Görüşlər olacaq. Bəli, yaxınlaşdı (Zaporojye AES-in işğaldan azad edilməsi - red.). Hamı başa düşür ki, Zaporojye AES-in işğaldan azad edilməsi lazımdır. Diplomatik yolla. Sizə dediyim kimi, nüvə təhlükəsizliyinin müzakirə olunacağı ölkələrin birində platformada görüşəcəklər. Addım-addım plan yazılacaq. Bu, bizim məqsədimizdir", - o bildirib.

Mənbə: axar.az