“Axtar, tap, məhv et” – Türk ordusu PKK-ya qarşı dağlarda geniş əməliyyata başladı Türkiyə ölkə daxilində 3 iri şəhər və ətrafında “Kıran-2” kod adı verilən antiterror əməliyyatına başlayıb. Türkiyə mətbuatı yazır ki, PKK terrorçularına qarşı “Axtar, tap, məhv et” əmri ilə hazırda Şırnak, Mardin və Batman vilayətlərinə ümilikdə “Kıran-2″də 17 batalyon, 117 əməliyyat qrupu, 1750 şəxsi heyət cəlb olunub. Qeyd edək ki, hərbi əməliyyatın məqsədi sözügedən vilayətlərin kənd yerlərində fəaliyyət göstərən PKK terrorçularını aşkarlamaq, zərərsizləşdirmək, onların sığınacaqların; və anbarları təsbit edərək məhv etmək, yararsız hala salmaqdır.
Mənbə: faktaz.com