Ukraynada 3 minə yaxın məhkum müharibəyə gedəcək - Azadlığa buraxıldılar

Ukraynada 3 minə yaxın məhkum müharibəyə gedəcək -

Artıq 2750-dən çox məhkum müharibəyə qatılmaq üçün Ukrayna həbsxanalarından azad edilib.

Bu barədə “The Washington Post” qəzeti yazıb.

Ukraynanın ədliyyə naziri Denıs Malyuska nəşrə şərhində ilkin mərhələdə azı 4 min məhkumun könüllü olmağa razı olacağını proqnozlaşdırıb. Hələlik məhkumlar yalnız keçmiş məhbuslardan ibarət hücum bölmələrində xidmət edəcəklər.

“Bizim məhbusların motivasiyası sıravi əsgərlərdən daha güclüdür. Onların azadlığa buraxılması motivin yalnız bir hissəsidir. Onlar vətənlərini qorumaq istəyirlər və çətin günləri geridə qoymaq istəyirlər”.

Qeyd olunub ki, birdən çox adamı öldürən, cinsi zorakılıq hərəkətləri edən və ya milli təhlükəsizlik qanunlarını pozan şəxslər döyüş əməliyyatlarında iştirak edə bilməzlər. Döyüşmək istəyən hər bir məhbus fiziki cəhətdən sağlam olmalı, psixoloji müayinədən keçməlidir. Eyni zamanda, könüllü olmaq istəyən məhkumun yaşı 57-dən yuxarı olmamalıdır: belə qayda 60 yaşına çatanadək azı üç il xidmət keçməsinə imkan verməlidir ki, bu da onun azadlığa çıxmasına şərait yaradır.

Mənbə: bizim.media