Ukrayna SQ: Krım körpüsünün partladılması ciddi nəticələr doğurmayacaq

Ukrayna SQ: Krım körpüsünün partladılması ciddi nəticələr doğurmayacaq

“Krım körpüsü artıq hərbi məqsədlər üçün istifadə olunmadığından onun partladılması ciddi nəticələr doğurmayacaq”.

Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk deyib.

O, körpünün Milli Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı nəticəsində bilərəkdən yararsız hala salındığını sözlərinə əlavə edib.

Mənbə: apa.az