Bu, müharibənin sonu olacaq və Rusiya...

Bu, müharibənin sonu olacaq və Rusiya...

Ukrayna ilə bağlı növbəti sammit münaqişənin sona çatmasına gətirib çıxarmalıdır və Rusiya görüşə dəvət olunacaq.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“İdeya ondan ibarətdir ki, növbəti sammit müharibənin sonu olacaq. Və təbii ki, danışıqlar masasında qarşı tərəfə ehtiyacımız var”, - deyə nazir bildirib.

Bununla belə, o qeyd edib ki, Kiyev o vaxta qədər ən güclü mövqelərdə olmalıdır.

Mənbə: axar.az