Qara dənizdə bu qədər ərazini azad etmişik - Pletençuk

Qara dənizdə bu qədər ərazini azad etmişik - Pletençuk

Təhlükəsizlik və Müdafiə Qüvvələri ilə birlikdə Qara dənizin 25 min kvadrat kilometrdən çox ərazisini azad etmişik.

Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk deyib.

O bildirib ki, hazırda Qara dənizdə rus qüvvələri yox səviyyəsindədir:

"Lakin iki nüans var. Birincisi, onlar sualtı qayıqlarla mövcudluq formatını seçiblər. Hazırda Azov-Qara dəniz bölgəsində 4 ədəd sualtı qayıq var. Digər nüans, yüksək ehtimalla bu sualtı qayıqlar Qara dənizin şimal hissəsinə daxil ola bilməz. Çünki oradakı əməliyyat dərinliyi bu sinif sualtı qayıqların prinsipcə işləməsinə, sahilimizə gözə dəymədən yaxınlaşmasına imkan vermir. Ancaq təəssüf ki, Rusiya aviasiyası hələ də havada üstünlük təşkil edir”.

Mənbə: axar.az