Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Avropa İttifaqına daxil olmayan 9 ölkə Rusiyaya dəstək verdiyi üçün İrana qarşı sanksiyalara qoşulub.

Bu barədə Aİ-nin xarici siyasət idarəsinin məlumatında deyilir.

Moldova və Ukrayna da Aİ-yə üzvlüyə namizəd ölkələr kimi bu siyahıdadır.

Ümumilikdə, siyahıda Şimali Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn yer alıb.

Mənbə: azpolitika.info