Putin öz NATO-sunu yaradır: ABŞ detalları açıqladı

Putin öz NATO-sunu yaradır: ABŞ detalları açıqladı

Rusiya prezidenti Vladimir Putin NATO-ya alternativ olaraq uyğun ölkələrin koalisiyasını yaratmağa çalışır.

Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər qeyd edirlər ki, söhbət SSRİ ilə tarixən isti əlaqələri olan ölkələrdən gedir. Belə ki, Putinin Vyetnama səfəri ərəfəsində ölkənin dövlət qəzeti "Nhân Dân"da məqalə dərc edilib və burada əsasən Şimali Koreyanın dövlət qəzeti “Rodong Sinmun”un 18 iyun tarixli məqaləsində olduğu kimi eyni informasiya sətirlərindən istifadə edilib.

“Putin müharibə zamanı Sovet İttifaqının Vyetnama verdiyi dəstəyin tarixinə toxunaraq, bunu “xarici işğalçılara qarşı qəhrəmancasına mübarizə” adlandırıb və qeyd edib ki, bu gün Rusiya və Vyetnam arasında imzalanmış "Dostluq Münasibətlərinin Əsas Prinsipləri haqqında Müqavilə"nin imzalanmasının 30 ili tamam olur. O, Vyetnamı "müstəqil xarici siyasət" yürütdüyünə və "millətlər arasında bərabərlik və daxili işlərə qarışmama prinsiplərinə" əsaslanan dünya nizamını dəstəklədiyinə görə tərifləyib. O, həmçinin bildirib ki, Şimali Koreya kimi Vyetnam da yeni “Avrasiya bərabər və bölünməz təhlükəsizlik” sisteminin formalaşması ilə bağlı Rusiyanın fikirləri ilə razıdır, baxmayaraq ki, Vyetnam, Cənub-Şərqi Asiyanın əksər hissəsi kimi, adətən Avrasiya siyasi konsepsiyalarına daxil edilmir.

Təhlillərə görə, Putin 2024-cü ilin mayında Çinə səfəri zamanı Avrasiya təhlükəsizlik strukturunun informasiya əsasını qoyub, sonra isə iyunun 14-də məşhur çıxışında bunu təqdim edib. Daha sonra Rusiya lideri “Avro-Atlantik təhlükəsizlik sistemi”nin dağıldığını və Qərbin “Avropada təhlükəsizlik və rifah sxemlərinin” işləmədiyini vurğulayıb.

Ekspertlər belə qənaətə gəliblər ki, Rusiya rəhbəri NATO-ya real alternativ kimi təqdim edə biləcəyi ölkələr koalisiyasını yaratmağı hədəfləyir. O, həmçinin “illüziya yaratmağa çalışır ki, Qərb dövlətləri Ukraynanın yeganə tərəfdarıdır, dünyanın qalan hissəsi isə Rusiyanın lehinədir”.

“Putin çox güman ki, Sovet İttifaqı ilə müsbət münasibətlərin tarixi yaddaşından və digər dövlətlərə keçmiş yardımdan istifadə edərək NATO-ya alternativ kimi təqdim edə biləcəyi ölkələr koalisiyasını yaratmaq və Kremlin informasiya əməliyyatlarını dəstəkləmək niyyətindədir. Belə ki, Qərb ölkələri Ukraynanın yeganə dəstəkçisi olduğu halda, dünyanın qalan hissəsi Rusiyanın arxasındadır”, - ISW-nin hesabatında qeyd olunur.

Mənbə: publika.az