YAP seçkilərin niyə erkən keçirilməsini istəyir? - Səbəblər

YAP seçkilərin niyə erkən keçirilməsini istəyir? -

Xəbər verdiyimiz kimi, YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib.

Hakim partiyanın bu təşəbbüslə çıxış etməsinin bir sıra səbəbləri var ki, bunlardan biri də Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasıdır.

Nəzərə alaq ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.

Məsələ burasındadır ki, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29 keçiriləcək. Məhz bunu nəzərə alan YAP-ın deputatları parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsini təklif edib.

Təklif onunla əsaslandırılıb ki, COP29 kimi mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

Mənbə: qafqazinfo.az