Ermənistanda baş nazir olmağa daha bir iddialı ortaya çıxdı - General Karapetyan

Ermənistanda baş nazir olmağa daha bir iddialı ortaya çıxdı - General Karapetyan

“Bizim baş nazir postuna namizədimiz Ermənistan Respublikasının keçmiş müdafiə naziri Arşak Karapetyandır, üstəlik biz Ermənistanı bu çətin vəziyyətdən çıxara biləcək başqa heç kimi görmürük”.

Bu bəyanatla Ümumerməni Cəbhəsi Partiyasının həmtəsisçisi Arsen Vardanyan çıxış edib.

Vardanyan onu da qeyd edib ki, hakimiyyətə gedib-getməmək məsələsi Nikol Paşinyanın ixtiyarına qalsa, o heç zaman getməyəcək.

“Paşinyan kənarlaşdırılmalıdır”, - Vardanyan bildirib.

Öz növbəsində partiya üzvü Naira Gevorkyan qeyd edib ki, onlar hakimiyyət dəyişikliyini həyata keçirməyə hazır olan istənilən partiya və ya hərəkatı dəstəkləyəcəklər.

Qeyd edək ki, aprel ayında keçirilən təsis qurultayından sonra Ədliyyə Nazirliyi nizamnamədəki bəzi çatışmazlıqları əsas gətirərək partiyanı qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün partiya yeni qurultay çağırıb.

Dünən keçirilən və Arsen Vardanyanın partiyanın sədri seçildiyi qurultaya telekörpü vasitəsi ilə Ümumerməni Cəbhəsi hərəkatının lideri, general-mayor Arşak Karapetyan da qoşulub.

Mənbə: yenisabah.az