KİV: ABŞ-nin nüvə enerjili aviadaşıyıcısı Qırmızı dənizi tərk edəcək

KİV: ABŞ-nin nüvə enerjili aviadaşıyıcısı Qırmızı dənizi tərk edəcək

ABŞ-nin husilərə qarşı istifadə edilən “USS Eisenhower” təyyarədaşıyan gəmisi Qırmızı dənizi tərk edəcək.

“ABC News” portalı məlumat yayıb.

“ABŞ rəsmiləri “USS Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisinə vətənə qayıtmağı əmr edib”, - portal qeyd edib.

Mənbə: apa.az