Gəncədə dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Gəncədə dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət İdarələr və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə Gəncədə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub.

Əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.

Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyə edib. O qeyd edib ki, Prezident İlham Əliyevin dediyi kimi, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır.

Çıxışlardan sonra DİİXİHİ Gəncə şəhər komitəsinin adından bir qrup dövlət qulluqçusu səmərəli əmək fəaliyyətinə görə diplomlarla təltif olunublar.

Qeyd edək ki, Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.





Mənbə: qafqazinfo.az