“Ermənistan əhalisi əzab-əziyyətdən yorulub” - Paşinyan

“Ermənistan əhalisi əzab-əziyyətdən yorulub” - Paşinyan

“Ermənistan əhalisi mübarizədən, əzab-əziyyətdən və sağ qalmaq üçün mübarizə aparmaqdan yorulub”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, xalqın əsl ideologiyası belədir:

“Biz artıq döyüşmək, sağ qalmaq, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Sadəcə yaşamaq istəyirik”.

Onun fikrincə, dövlət “əbədi mübarizə” üçün tramplin deyil, xoşbəxtlik və rifahı təmin edən alətdir.

Mənbə: qafqazinfo.az