Szinpin Ukraynadakı böhranın həll yolundan danışdı

Szinpin Ukraynadakı böhranın həll yolundan danışdı

Bu gün Ukrayna böhranının həlli ilə bağlı danışıqlara şərait yaratmaq üçün səy göstərmək lazımdır.

Bunu Çin lideri Si Szinpin Pekində səfərdə olan Polşa Prezidenti Anjey Duda ilə görüşündə deyib.

“Münaqişənin genişlənməsinə və eskalasiyaya yol verməmək, vəziyyətin gərginləşməsinə kömək etmək, sülh danışıqlarına şərait yaratmaq üçün səylər göstərilməlidir. Pekinin Ukrayna böhranı ilə bağlı mövqeyi sülh danışıqlarını və siyasi həlli təşviq etməkdir. Çin balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasının qurulmasına töhfə verən bütün səyləri təşviq edir və dəstəkləyir”, - Szinpin bildirib.

Mənbə: axar.az