Yeni Kaledoniyada növbəti etirazlar dalğası başladı: Polis maşınları yandırıldı, yollar bağlandı

Yeni Kaledoniyada növbəti etirazlar dalğası başladı: Polis maşınları yandırıldı, yollar bağlandı

Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın Fransaya ekstradisiyasından sonra etirazların yeni dalğası başlayıb.

Bildirilib ki, iyunun 24-də Teynanın Fransaya ekstradisiyasından sonra müstəqillik tərəfdarları polis maşınlarını yandırıb və yolları bağlayıblar.

Müstəqillik tərəfdarı, ən böyük siyasi təşkilat olan Kaledoniya İttifaqının sədri Daniel Qoa Teyna və daha altı partiya rəsmisinin deportasiya edilməsindən təəccübləndiyini söyləyib. O, Teyna və başqalarının zorakılıqda ittiham olunması iddiasını rədd edib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən ay Numeaya səfəri zamanı Teyna ilə görüşüb.

Mənbə: oxu.az