Gürcüstan Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət edildi

Gürcüstan Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət edildi

ABŞ administrasiyası Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində iştirak etməyə dəvət edib.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen brifinqdə açıqlayıb.

Eyni zamanda o, əlavə edib ki, Vaşinqton hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının çox azsaylı liderindən qaynaqlanan qərarlar və ritorikadan çox narahatdır:

"Gürcüstan iqtidarının hərəkətləri Tbilisinin Aİ və NATO-ya üzv olmaq istəyi ilə bir araya sığmır".

Mənbə: publika.az