Avstriya İslam Partiyası parlament seçkilərində iştirak edəcək

Avstriya İslam Partiyası parlament seçkilərində iştirak edəcək

Yeni yaradılmış Avstriya İslam Partiyası parlament seçkilərində iştirak etmək niyyətindədir.

Məlumata görə, siyasi qüvvə Avstriya Milli Şurasına sentyabrın 29-da keçiriləcək seçkilərə qatılacaq.

Ölkənin Daxili İşlər Nazirliyinə təqdim edilən nizamnaməyə əsasən, partiya ilk növbədə müsəlmanların dini ehtiyaclarını və hüquqlarını təmin etməyi hədəfləyir.

Lakin bəziləri partiyanın seçkilərdə iştirak edə biləcəyinə şübhə ilə yanaşırlar. Belə ki, İslam Partiyası Avstriyadakı nüfuzlu müsəlmanlar tərəfindən tənqid edilir. Partiyadaxili fikir ayrılıqları əsl problemə çevrilə bilər.

Mənbə: TASS

Mənbə: oxu.az