Trampdan bu ölkələrlə bağlı gözlənilməz açıqlama

Trampdan bu ölkələrlə bağlı gözlənilməz açıqlama

Rusiya, Çin və Şimali Koreya Co Baydenin rəhbərliyi altında ABŞ-ın miqrantlar tərəfindən zəbt edilməsinə gülür.

Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Filadelfiyada keçirilən mitinqdə deyib.

ABŞ-da son aylarda rekord səviyyələrdə qeyri-qanuni miqrasiya qeydə alınıb. Belə ki, ötən ilin dekabr ayında sərhədçilər tərəfindən 302 000 qeyri-qanuni keçid qeyd ediblər ki, bu da bir ay üçün ən böyük rəqəmdir. Bundan əlavə, Co Baydenin rəhbərlik etdiyi üç il ərzində ABŞ-da rekord sayda qeyri-qanuni mühacir qeydə alınıb.

"Onları tez qovmaq lazımdır, əsas problem odur ki, Co Bayden bunu Rusiyaya, Çinə, Kim Çen Ina və KXDR-ə danışır. Bu ölkələr isə bizə gülürlər, onlar Amerikanın başına belə bir şey gəldiyinə inana bilmirlər", - deyə Tramp bildirib.

Adəm

Mənbə: publika.az