Qoca Borrell vəzifədən uzaqlaşdırılır?

Qoca Borrell vəzifədən uzaqlaşdırılır?

Aİ liderləri Estoniyanın baş naziri Kaja Kallasın Avropa diplomatiyasının rəhbəri vəzifəsinə namizədliyi barədə razılığa gəliblər.

Bu barədə DPA nəşri yazıb.

Mənbə qeyd edir ki, Aİ liderləri, həmçinin Portuqaliyanın keçmiş baş naziri Kostanın Avropa Şurasının rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək və fon der Lyayeni yenidən Avropa Komissiyasının rəhbəri vəzifəsinə təyin etmək barədə də razılığa gəliblər.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri vəzifəsində hazırda ermənipərəst mövqedə dayanan Josep Borrel çalışır

Mənbə: bizim.media