Rusiyadan nüvə hədəsi: Ölümcül nəticələri olacaq!

Rusiyadan nüvə hədəsi: Ölümcül nəticələri olacaq!

Rusiyanın nüvə silahından istifadə ehtimalının Qərb tərəfindən düzgün qiymətləndirilməməsi ölümcül nəticələrə səbəb ola bilər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Həqiqətən də, indiki vəziyyətin asan həll yolları və asan çıxış yolları yoxdur. Qərbli opponentlərimiz Rusiyanın istənilən şəraitdə özünü müdafiə etməyə və öz maraqlarını təmin etməyə hazır olmasını lazımınca qiymətləndirmirlər”, - deyə Ryabkov bildirib.

Mənbə: axar.az