Britaniya Netanyahunu həbsdən müvəqqəti xilas etdi

Britaniya Netanyahunu həbsdən müvəqqəti xilas etdi

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salıb.

Bu barədə “Yerusəlim Post” nəşri məlumat yayıb.

Məlumata görə, bu addım Böyük Britaniyanın BCM-nin məsələ ilə bağlı yurisdiksiyasına qarşı “amicus curiae” (məhkəmə dostu) ərizəsi təqdim etdikdən sonra atılıb.

Nəticədə məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib.

Mənbə: axar.az