Ərdoğan: “Türkiyə Suriya ilə münasibətləri normallaşdırmağa hazırdır”

Ərdoğan: “Türkiyə Suriya ilə münasibətləri normallaşdırmağa hazırdır”

“Bizim Suriyanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Bilirsiniz ki, biz Suriya prezidenti Bəşər Əsədlə ailəvi dost idik, dostluğumuzu yeniləməmək üçün heç bir səbəb görmürəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ənənəvi Cümə namazı sonrası jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan qeyd edib ki, Suriya xalqı Türkiyənin qardaş xalqları siyahısına daxildir:

“Əgər keçmişdə Suriya ilə münasibətlərimizi çox müsbət yöndə saxlamışıqsa, bu gün də eyni münasibətləri bərpa etmək mümkündür”.

Qeyd edək ki, daha əvvəl Suriya prezidenti Bəşər Əsəd “Biz Suriyanın ərazi bütövlüyünü təmin edəcəyi halda, Türkiyə ilə münasibətlərimizi normallaşdırmağa və bu istiqamətlərdə bütün təşəbbüslərə açığıq” deyə bildirmişdi.

Mənbə: bizim.media