Rusiya və İran XİN başçıları Yaxın Şərqdə eskalasiyadan narahat olduqlarını bildiriblər

Rusiya və İran XİN başçıları Yaxın Şərqdə eskalasiyadan narahat olduqlarını bildiriblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Əli Baqeri-Hani Yaxın Şərqdə gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahat olduqlarını bildiriblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı əsas diqqət Yaxın Şərqdə yaranan vəziyyətə yetirilib”, - məlumatda deyilir.

Mənbə: apa.az