Lavrov iranlı həmkarı ilə Fələstin-İsrail münaqişəsini MÜZAKİRƏ EDİB

Lavrov iranlı həmkarı ilə Fələstin-İsrail münaqişəsini

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Əli Baqeri Kayani arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıq zamanı əsas diqqət Yaxın Şərqdəki mövcud vəziyyətə yönəldilib.

Tərəflər regionda, ilk növbədə Fələstin-İsrail münaqişəsi zonasında çoxsaylı böhranların həll olunmaması nəticəsində yaranan gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahatlıqlarını ifadə ediblər. Konstruktiv əhval-ruhiyyəli beynəlxalq oyunçuların köməyi ilə mövcud problemlərin siyasi və diplomatik vasitələrlə həllinin prioriteti vurğulanır.

Mənbə: bizim.media