ABŞ bununla Ukrayna müharibəsinə qoşulub - Rusiya MN

ABŞ bununla Ukrayna müharibəsinə qoşulub - Rusiya MN

ABŞ PUA-larının Qara dəniz üzərində uçuşları NATO ilə Rusiya arasında birbaşa qarşıdurma riskini artırır.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Rusiya MN qeyd edib ki, ABŞ-ın strateji pilotsuz təyyarələrinin Qara dəniz üzərində uçuşlarının intensivliyi artıb:

"Bu dronlar kəşfiyyat aparır və Ukrayna ordusunun aldığı Qərbin dəqiq silahlarının hədəflərini göstərir. Bu, ABŞ və NATO ölkələrinin Ukrayna tərəfində müharibəyə getdikcə daha çox cəlb olunduğunu göstərir.

Mənbə: axar.az