Ayətullah Xamenei: Biz atom bombasının istehsalı üçün addım ata bilərdik, amma bu islama ziddir

Ayətullah Xamenei: Biz atom bombasının istehsalı üçün addım ata bilərdik, amma bu islama ziddir

Ayətullah Xamenei İranda müxtəlif elmlərin inkişaf etdirilməsindən danışarkən ölkədə nüvə elminin vəziyyətindən və bu elmin faydasından danışıb...

"Biz atom bombasını istehsal etmək üçün addım ata bilərdik, amma islamın hökmünə əsasən bu işə girməyəcəyimizi dedik. İslama görə onun istehsalı da səhvdir, saxlanılması da. Çünki istifadə edilməsi haramdır."

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Tehranda ölkənin elm adamlarını qəbul edərkən deyib.

Ayətullah Xamenei İranda müxtəlif elmlərin inkişaf etdirilməsindən danışarkən ölkədə nüvə elminin vəziyyətindən və bu elmin faydasından danışıb.

O bildirib ki, çox faydası olan nüvə elmi humanist mədəniyyətlə yanaşı olmasa tarixdə baş vermiş məlum atom hücumu kimi faciələrlə nəticələnəcək.

Ayətullah Xamenei bildirib İran da nüvə bombasının istehsalı istiqamətində addım ata bilərdi, lakin bunu dinə zidd olduğuna görə etməyib.

Mənbə: www.interaztv.com