Xaçaturov və Sarkisyan da Aprel döyüşlərini araşdıran komissiyaya dəvət olunub

Xaçaturov və Sarkisyan da Aprel döyüşlərini araşdıran komissiyaya dəvət olunub

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində Aprel döyüşləri ilə bağlı yaradılmış İstintaq Komissiyasının üzvü bildirib.

Komissiya demək olar hər həftə toplanır.

Komissiya üzvlərindən biri bildirib ki, hazırda sənədlərlə işləyir, hazırlayır və araşdırırlar.

“Müdafiə Nazirliyinin Əks-Kəşfiyyat İdarəsi rəisinin müavini Şaryanı çağırmışıq, dinləmişik və ondan əvvəl bir çavuşu çağırmışdıq. O, maraqlı, ancaq məlum məlumatlar verdi”, - deyə komissiya üzvü qeyd edib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az