Ukrayna və Ermənistan XİN başçıları Aİ ilə qarşılıqlı fəaliyyət məsələlərini MÜZAKİRƏ ETDİLƏR

Ukrayna və Ermənistan XİN başçıları Aİ ilə qarşılıqlı fəaliyyət məsələlərini

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın ermənistanlı hımkarı Ararat Mirzoyanla Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forum çərçivəsində görüşü olub.

Bu barədə Ermənistan XİN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nazirlər ikitərəfli siyasi dialoq məsələlərini müzakirə ediblər. Bu kontekstdə Kiyevdə keçirilən müxtəlif formatlarda siyasi məsləhətləşmələr və s. qeyd olunub.

Həmçinin Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparılıb, regional mövzulara toxunulub.

Mənbə: bizim.media