Zelenskinin "sülh planı" işə yarayacaq? - Roqov ŞƏRH ETDİ

Zelenskinin "sülh planı" işə yarayacaq? - Roqov ŞƏRH ETDİ

Ukrayna lideri Vladimir Zelenskinin bu il təqdim edəcəyi gözlənilən sülh planı böhranı həll etməyə qadir deyil.

Bunu Rusiya İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Roqov "RİA Novosti"yə şərhində deyib.

Roqov xatırladıb ki, Zelenski və ətrafına Rusiya ilə hərbi əməliyyatlar aparmaq onların hakimiyyətini saxlamaq üçün yeganə variant olub.

"O və ətrafı heç bir real sülh planına qadir deyil və ya maraqlı deyil", - Roqov deyib.

Xatırladaq ki, iyunun 28-də Zelenski Sloveniya prezidenti Nataşa Pirc Musarla keçirdiyi mətbuat konfransında açıqlama vermişdi. O, özünün “sülh formulu” ilə bağlı ilk sammitdən sonra enerji, ərzaq təhlükəsizliyi və məhbus mübadiləsi sahələrində müfəssəl planların hazırlanmasından danışmışdı. Ukrayna lideri beynəlxalq tərəfdaşlarla birgə təşəbbüsünün qalan bəndləri üzrə nizamlanma planının hazırlandığını da açıqlamışdı.

Mənbə: publika.az