ATƏT PA-nın baş katibi məlum oldu

ATƏT PA-nın baş katibi məlum oldu

Roberto Montella yenidən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) baş katibi vəzifəsinə seçilib.

Bu barədə ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Roberto Montellanın yeni mandatı 2026-cı il yanvarın 1-dən başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

Baş katib Assambleyanın işlərinin idarə edilməsi, katibliyin fəaliyyət effektivliyinin təminatı və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət, həmçinin büronun, daimi komitənin və assambleyanın qərarlarının yerinə yetirilməsi üzrə ümumi məsuliyyət daşıyır.

Xatırladaq ki, Roberto Montella ilk dəfə bu vəzifəni 2016-cı ilin yanvarında tutub. 2019-cu ildə Daimi Komitə onu 2021-ci il yanvarın 1-dən başlayan ikinci beşillik müddətə yenidən seçib.

Mənbə: oxu.az