ABŞ İranı Ermənistan ərazisindən necə izləyir...

ABŞ İranı Ermənistan ərazisindən necə izləyir...

Məqalədə Mərkəzi Kəşfiyyat İdarəsi(CİA), Milli Təhlükəsizlik Agentliyi (NSA) və Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (RUMO) zabitlərinin siyahısı dərc edilib...

İran-ABŞ münasibətləri hər gün pisləşir, bu isə Yaxın Şərq üçün yeni "kiçik qalibiyyət" müharibəsi ilə nəticələnə bilər.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu yay mətbuatın diqqəti İranın Hörmüz Boğazında xarici gəmiləri ələ keçirməsinin nəticələrinə, sentyabrda isə Vaşinqtonun Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco" zavodlarına hücumda Tehranı ittiham etməsinə yönəlmişdi.

Hal-hazırda müşahidəçilər Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasındakı söhbətin yayımından sonra Ağ Evin qarşısında yaranan çətinliklər fonunda yeni bir gərginlik olacağını gözləyirlər.

Bu fonda, keçən ildən bəri ABŞ və İran xüsusi xidmət orqanları arasında müharibə daha da şiddətlənib. Gərginlik, iranlılar Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluqda ittiham edilən 17 nəfəri həbs etdikdən sonra kuliminasiya nöqtəsinə çatır. Bu cəsusların bir hissəsinin İranla qonşu olan Ermənistan ərazisindən fəaliyyət göstərdiyi bildirilirdi.

Sentyabr ayında, diplomatik pərdə altında ABŞ-ın Ermənistandakı səfirliyindən İrana qarşı işləyən Amerika cəsuslarının siyahısı internetə düşüb (www.yerkramas.org/article/158625/video-armeniya--arena-protivostoyaniya-specsluzhb-ssha-i-irana).

Məqalədə Mərkəzi Kəşfiyyat İdarəsi(CİA), Milli Təhlükəsizlik Agentliyi (NSA) və Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (RUMO) zabitlərinin siyahısı dərc edilib:

- Rafiq Mansur, səfirin müavini. CIA zabiti, ABŞ Milli Hərbi Kollecinin məzunu. Ərəb, rus, fransız və italyan dillərini bilir. Yaxın Şərq üzrə mütəxəssis. 2016-cı ilin iyulundan səfirlikdə çalışır;

- Ceyms Tompson, polkovnik, Birləşmiş Ştatlar Müdafiə nazirliyinin əməkdaşı. ABŞ Müdafiə Nazirliyinin bioloji laboratoriyaları şəbəkəsinin Ermənistan ərazisindəki fəaliyyətinə nəzarət edir; 2018-ci ilin avqustundan səfirlikdə çalışır;

-Metyu Çaylds, həqiqi adı Xaçatryan, səfirliyin üçüncü katibi, vitse-konsul. CIA rezidenti. Homoseksualdır, LGBT fəalları ilə işi kordinə edir. 2017-ci ilin iyunundan Ermənistandadır;

- Robert Anderson, ABŞ səfirliyinin birinci katibi, CIA iqamətgahının fəaliyyətlərinə cəlb edilib, qeyri-hökumət təşkilatlarının işini kordinə edir, 2017-ci ilin avqustundan Ermənistandadır;

-Ceyms Korno, NSA əməkdaşıdır, Həyat yoldaşı, səfirliyin birinci katibi Meri Aleksandrın diplomatik statusu altında çalışır. Cütlük, Ceymsin texniki kəşfiyyat sistemlərinin xidməti üzrə mütəxəssis kimi fəaliyyət göstərdiyi Gürcüstan və Azərbaycan ərazilərinə dəfələrlə səfər edib. 2017-ci ilin iyulundan Ermənistandadır;

- Kevin Tehan, səfirliyin attaşesi, NSA əməkdaşıdır, 2018-ci ilin iyun ayından Ermənistandadır;

- Metyu Petit, səfirliyin birinci katibi, RUMO əməkdaşı dır, ABŞ Müdafiə Nazirliyinin Ermənistandakı bioloji laboratoriyaları şəbəkəsinin işinə nəzarət etməklə məşğuldur. 2018-ci ilin iyulundan bəri səfirlikdədir;

- Nikolas Brayers, NSA əməkdaşıdır, səfirliyinin ikinci katibi olan həyat yoldaşı - SomerBessayr Brayersin diplomatik statusu altında işləyir. 2016-cı ilin avqustundan Ermənistandadır;

- Kristofer Ellis, səfirliyin ikinci katibi, NSA əməkdaşıdır, 2018-ci ilin iyulundan Ermənistandadır;

- Dana Əl-İbrahim və Tuve Flauden "əməliyyatçı cütlük", Dana - səfirliyin ikinci katibi, CIA əməkdaşı, Yaxın Şərq üzrə ekspert, fars dilini bilir, Tuve- NSA əməkdaşıdır. 2017-ci ilin avqustundan Ermənistandadırlar;

- Stiven Laboski, səfirlik attaşesi, CIA rezidenti. 2016-cı ilin avqust ayından Ermənistandadır;

- Kristofer Reys, səfirliyin ikinci katibi, CIA rezidenti. 2018-ci ilin iyulundan Ermənistandadır;

- Timoti Mitçel, səfirliyin attaşesi, RUMO-nun əməkdaşı, daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin texniki işçisi kimi çalışıb. 2017-ci ilin avqustundan Ermənistandadır;

- Leo Jilk, səfirliyin ikinci katibi, CIA rezidentidir, İran üzrə mütəxəssisdir. Həyat yoldaşı Murvarid Abdiani, iranlıdır, CIA üçün çalışır. Cütlük 2017-ci ilin mayından Ermənistandadır;

- Marko Marks, CIA rezidenti, həyat yoldaşı - səfirliyin birinci katibi Elizabet Kuşenin diplomatik statusu altında fəaliyyət göstərir. 2018-ci ilin iyun ayından Ermənistandadır;

- Rayan Kempbel, səfirliyin birinci katibi, CIA əməkdaşı, 2018-ci ilin avqustundan Ermənistandadır;

- Nikolas Higgins, səfirliyin birinci katibi, CIA əməkdaşı , 2018-ci ilin avqustundan Ermənistandadır;

- Adam Meyson, səfirliyin ikinci katibi, CİA-nın əməkdaşı. 2018-ci ilin iyun ayından Ermənistandadır;

- Şeyn Spellman, ikinci katib, səfirliyin vitse-konsulu. CIA əməkdaşı. 2018-ci ilin mayında Ermənistandadır;

- Corc Vayz, səfirliyin ikinci katibi, CIA əməkdaşı, 2018-ci ilin noyabrından Ermənistandadır;

- Alexandro Pedraza və mayor Çed Myurrou, ABŞ-ın Ermənistandakı hərbi attaşesinin köməkçiləridir, Rusiya və İran üzrə də olmaqla hərbi məlumatlar toplayırlar.

Beləliklə, ABŞ-ın İrəvandakı səfirliyi yalnız Vaşinqtonun postsovet məkanında ən böyük diplomatik nümayəndəliyi deyil, eyni zamanda CIA, NSA və RUMO-nun Qafqazdakı iri iqamətgahıdır.

Mənbə: www.interaztv.com