"Bütün dünya bir daha bildi ki, ölkəmiz heç zaman geri çəkilməyəcək" AÇIQLAMA-ÖZƏL

“Azərbaycan prezidenti İlham Əliyev hər zaman beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kəskin sözünü deyir. Dövlət başçısı bütün çıxışlarında söyləyir ki, Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır və ölkəmiz işğal faktı ilə heç zaman barışmayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O bildirib ki, dövlət başçısının Rusiyaya səfəri zamanı “Valday” klubunun sammitindəki nitqi Ermənistanın baş naziri Nikol Paşinyana mühüm cavab oldu: “Bilirsiniz ki, Paşinyan Xankəndində olarkən “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” söyləmişdi. Azərbaycan Prezidenti isə ay yarımdan sonra daha böyük və beynəlxalq tribunada Paşinyanın cavabını verdi. Bəziləri söyləyirlər ki, ölkə başçısı niyə məhz ay yarımdan sonra onun cavabını verdi. Onlar bilməlidirlər ki, Azərbaycan prezidenti güclü diplomatdır və O sözün harada və necə deməyi çox yaxşı bilir”.

A.Abbas söyləyib ki, bütün dünyanın diqqətində olan “Valday” tədbirində Azərbaycanın münaqişə ilə bağlı qəti fikrinin söylənməsi təkcə Ermənistana deyil, bütün dünyaya mesaj idi: “Beynəlxalq ictimaiyyət iki üzlüdür. Amma buna baxmayaraq, Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan münaqişənin həlli yolunu bilir və edəcək. Bütün dünya bir daha bildi ki, ölkəmiz heç zaman geri çəkilməyəcək”.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

“Neftçi”nin futbolçusu Azərbaycan millisində debüt edib

SONRAKI XƏBƏR

Oqtay Əsədov: "Ölkəmizdə əlverişli investisiya mühiti var"