"Yaxın Şərqə getmək ölkəmizin bütün tarixi boyu ən pis qərar olub"-Tramp

Bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter”dəki hesabında yazıb...

 

“ABŞ Yaxın Şərqdə müharibə apararaq, qayda-qanunu qoruyaraq 8 trilyon dollar vəsait sərf edib. Minlərlə əsgərimiz həlak olub, yaxud ağır yaralanıb. Qarşı tərəfdən də milyonlarla insan həlak olub. Yaxın Şərqə getmək ölkəmizin bütün tarixi boyu ən pis qərar olub. Biz bu müharibəyə səhvən getdik və əvvəla, kütləvi qırğın silahlarını yox etmək üçün getdik. Orada elə şey olmayıb. İndi də biz əsgərlərimizi və hərbi əmlakımızı oradan asta-asta, ehtiyatla çıxarırıq. Diqqətimiz böyük mənzərə üzərindədir. ABŞ əvvəllər heç zaman olmadığı qədər böyükdür!”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 1991 və 2003-cü illərdə ABŞ-ın İraqa qarşı həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatların elan olunmuş başlıca hədəflərdən biri bu ölkənin kütləvi qırğın silahlarına malik olması və yox etmək zərurəti olub.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Suriya kürdləri Rusiyanın Dəməşqlə dialoq çağırışını alqışlayıb

SONRAKI XƏBƏR

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər