AB-dən Türkiyəyə: Əməliyyatı dayandır, əks halda...

AB-dən Türkiyəyə: Əməliyyatı dayandır, əks halda...

Avropa Birliyi Türkiyənin Suriyada başlatdığı "Sülh Çeşməsi" (“Barış Pınarı”) əməliyyatına reaksiya verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker danışıb.

Yunker açıqlamasında Türkiyədən əməliyyatı dayandırmağı tələb edib, əks halda təhlükəsiz bölgə ilə bağlı ödəniş etməyəcəklərini bəyan edib.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh Çeşməsi" (“Barış Pınarı”) əməliyyatına başlayıb.

Mənbə: axar.az