Müsavatın qurultayına yer verildi – 13 oktyabr, “Büllur”

Müsavat Partiyasının oktyabrın 12-nə planlaşdırılan qurultayı bir gün sonraya keçirilib.

Bu barədə bu gün keçirilən debatda partiyanın başqanı Arif Hacılı məlumat verib: "Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) və «Büllur» sarayı ilə müzakirələrdən sonra qurultayı oktyabrın 13-nə keçirməyə qərar verdik. «Büllur»dan bizə bildirdilər ki, oktyabrın 12-də mərasimi var, amma 13-də keçirə bilərsiniz».

Beləliklə Müsavat Partiyası ilə Bakı şəhər İcra Hakimiyyəti və "Büllur”un rəhbərliyi qarasında qurultayın oktyabrın 13-də bu məkanda keçirilməsinə dair razılıq əldə olunub.///Basta

Arqument.az

ƏVVƏLKİ XƏBƏR

Bakıdakı elektron tablolarda “Qarabağ Azərbaycanındır!” ifadəsi yerləşdirilib - FOTOLAR

SONRAKI XƏBƏR

Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış ərazilərinə ekspertlərin baxışı başa çatıb