Səfir: “Türkiyə-Azərbaycan münasibətləri çox geniş sahələri əhatə edir”

Səfir: “Türkiyə-Azərbaycan münasibətləri çox geniş sahələri əhatə edir”

“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr bütün sahələr üzrə genişlənib".

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, iki ölkə arasındakı münasibətlər çox geniş sahələri əhatə edir: “İqtisadiyyatdan tutmuş müdafiəyə, siyasətdən tutmuş təhsilə qədər bütün sahələrdə əlaqələrimiz mövcuddur. Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri inkişaf etdirmək üçün çox ciddi potensial var”.

Mənbə: apa.az