Yunanıstan hökuməti qaçqınların yerləşdirilməsi üçün otel və mənzillər axtarır

Yunanıstan hökuməti qaçqınların yerləşdirilməsi üçün otel və mənzillər axtarır

Afina, 9 oktyabr, AZƏRTAC

Qaçqınların Yunanıstana axını hökuməti miqrantların yerləşdirilməsi ilə bağlı otel və kirayə evlərin müəyyənləşdirilməsi üçün müsabiqənin elan olunmasına məcbur edib.

AZƏRTAc xəbər verir ki, yeni layihə çərçivəsində adalarda olan qaçqınların yerləşdirmə problemini həll etmək üçün otel və mənzillər icarəyə götürüləcək. Artıq bu yolla bir neçə ailə köçürülüb. Ayın sonuna kimi 3 min nəfər adalardan köçəcək. Kirayə müddəti 6 ay olacaq və hər 6 aydan bir uzadılacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Mənbə: azertag.az