Rusiyada Türk Xalqları Assosiasiyası - VİDEO

Rusiyada Türk Xalqları Assosiasiyası - VİDEO

Rusiya Dövlət Dumasında keçirilən "Avrasiya inteqrasiyasında Altay yolu" adlı dəyirmi masada müasir dövürdə inteqrasiya prosesində Altay Respublikasının rolu müzakirə olundu.

Dəyirmi masada çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu türk xalqlarının başlanğıcını Altaydan götürdüyünü xatırlatdı.

Səfir vurğuladı ki, 1992-ci ildə Azərbaycanın təşəbbüsü Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan Mədəniyyət nazirliklərinin dəstəyi ilə türkdilli ölkələrin mədəniyyətlərini birləşdirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY yaradılıb.

Ancaq Rusiyada bu təşkilata müsbətin birmənalı olmadığını deyən Polad Bülbüloğlu nəzərə çatdırdı ki, TÜRKSOY siyasətdən kənarda və sırf mədəniyyətə xidmət edən təşkilatdır.

Dəyirmi masada çıxış edən Dövlət Dumasının MDB üzrə iş komitəsinin üzvü İvan Belekov isə Altayda Azərbaycanın ümummilli lideri Heydər Əliyevi böyük ehtiramla yad etdiklərini söyləyərək, Azərbaycan və Rusiya Əlaqələrindən danışdı.

"Rusiya Azərbaycan munasibətləri mənim üçün ilk növbədə dərin tarixi, mədəni, mənəvi köklərə malikdir. İlk öncə türk sivlizasiyası prizmasından. Altay respublikası rusiyanın ayrılmaz hissəsi olduğu kimi, türk sivlizasiyasınında vətənidir və bu bizi Azərbaycan mədəniyyəti, Dahi Azərbaycan sözü ilə doğmalaşdırır və yaxınlaşdırır."

Qırğızıstan Prezidentinin müşaviri Sultan Rayev isə öz nitqində Avrasiya məkanında türkdilli mədəniyyətlərdən söz açaraq, Türkdilli dövlətlərlə Rusiyanı möhkəm bağların birləşdirdiyini nəzərə çatdırdı.

"Bu gün Azərbaycan siyasi baxımdan böyük rol oynamaqdadır. Xüsusi olaraq son 10 ildə Bakıda beynəlxalq, dünya səviyyəsində forumlar keçirilir. Azərbaycan geosiyasi birlik baxımdan Şərq və Qərb arasında körpü rolunu oynayır. Mədəniyyətlərarası dialoq və multikulturalizim kimi məsələlər qaldırılır. Bu o deməkdir ki, Azərbaycan dünyada xalqların sülh içində yaşamasında maraqlıdır."

Rusiya Dövlət Dumasının Millətlərlə İş Üzrə Komitəsinin sədri İldar Qilmuddinov isə çıxışında Rusiyada Türk Xalqları Assosiasiyasının yaradılmasının planlaşdırıldığını və bu barədə tərəfdaş ölkələrlə müzakirələrin aparıldığını açıqladı.

REAL TV-nin Rusiya bürosu

Mənbə: www.realtv.az