Türkiyə ordusu ilk hədəfləri vurdu — FOTO/VİDEO

Türkiyə ordusu ilk hədəfləri vurdu — FOTO/VİDEO

Türkiyə ordusunun bu gün Suriyanın Rəs-əl-Ayn bölgəsindəki PKK/YPG terrorçularına qarşı başlatdığı əməliyyatdan ilk görüntülər paylaşılıb.

“Ölkə.Az” CNN Türk-ə istinadən xəbər verir ki, "Barış Pınarı" ("Sülh Çeşməsi") adlı əməliyyatda ilk hədəflər artıq vurulub.

Hazırda bölgəyə havadan zərbələr endirilir. Vurulan hədəflərdən havaya yüksələn dumanlar Türkiyənin sərhəd bölgəsindəki kəndlərdən də aydın görünür.

Mənbə: olke.az