Türkiyənin Suriya sərhədinə yaxın məktəblərində iki günlük tətil elan edilib

Türkiyənin Suriya sərhədinə yaxın məktəblərində iki günlük tətil elan edilib

İstanbul, 9 oktyabr, AZƏRTAC

Türkiyənin Şanlıurfa şəhərinin Suriya sərhədinə yaxın dörd rayonunda yerləşən məktəblərdə iki günlük tətil elan edilib.

AZƏRTAC xəbər verir ki, tətil Şanlıurfanın Akçakale, Ceylanpınar və Suruç rayonlarında yerləşən bütün məktəblərə, Birecik rayonunun isə sərhədə daha yaxın olan təhsil ocaqlarına şamil olunub.

Qeyd edək ki, təhsilə ara verilən məktəblər Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində başladılan “Barış pınarı” antiterror əməliyyatının aparıldığı bölgəyə yaxın ərazilərdə yerləşir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az