Ukrayna Nazirlər Kabineti dəyişikliyə gedir

Ukrayna Nazirlər Kabineti dəyişikliyə gedir

Ali Rada yaxın vaxtlarda Ukrayna Nazirlər Kabinetində kadr dəyişiklikləri məsələsinə baxacaq.

Bunu Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk deyib.

"Əminəm ki, yaxın vaxtlarda Rada yenidən kadr məsələlərinə qayıdacaq. Hökumət peşəkarcasına işləməlidir, öz sahələrinə cavabdeh insanlar olmalıdır”, - Stefançuk bildirib.

Stefançukun sözlərinə görə, Radanın növbəti iclaslarından biri kadr məsələlərinə həsr olunacaq.

Mənbə: axar.az